Əlaqə Arxiv
news Image
2017.05.24
12:10
| A A A
Bakı Ticarət Festivalı ölkəyə turist axınını artırıb

Birinci Bakı Ticarət Festivalının keçirildiyi müddətdə Azərbaycana 260 minə yaxın turist səfər edib.

Movqe.az-ın məlumatına görə, bunu festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O, ölkəyə gələn turistlərin sayının artdığını vurğulayıb:

“Aprel ayında ölkəyə 187 577 turist gəlib. Bu ötən ilin aprel ayı ilə müqayisədə 23 faiz çoxdur. Bundan başqa, mayın ilk 10 günündə Azərbaycana səfər edən turistlərin sayı 70 776 nəfər olub. Bu isə ötən ilki göstəricidən 32 faiz çoxdur”.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Ticarət Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi 2017-ci ilin sonuna nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Sizin Reklam Yeriniz