Əlaqə Arxiv
news Image
2017.06.06
16:23
| A A A
Bakıda turistlər qutab bişirdilər (FOTO)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Karvansara Restoran Kompleksinin birgə layihəsinə start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən   verilən məlumata görə, layihənin gerçəkləşdiyi ilk gün Kompleksə gələn 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib.

Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb. Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Layihə zəngin Azərbaycan mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.

Sizin Reklam Yeriniz