Əlaqə Arxiv
news Image
2017.06.07
10:19
| A A A
Əcnəbi turistlər Azərbaycana daha çox pul qazandıracaq
Eldar Aslanov: “Turistlərin istifadə edəcəkləri marşrutlar üzərində müəyyən məsafədən bir dayanacaq məntqələri yaradılmalıdır” Natiq Cəfərli: “Yerli məhsulları alan zaman daha çox vergi güzəştlərinin tətbiq olunması praktikasına keçmək lazımdır”

Azərbaycana gələn turistlərin sayı artır. Cari ildə də ölkəmizdə qonaq olacaq turistlərin sayının ötən illərə nisbətən artacağı proqnozlaşdırılır. Bu fonda indi maraq dairəsində olan məsələlərdən biri gələn  turistlərin Azərbaycanda daha çox alış-veriş etməsidir. Qeyd edək ki, bu istiqamətdə xaricdə müxtəlfi metodlardan istifadə olunur.

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov bildirdi ki, bu məsələdə Bakıda keçirilən şopinq festivalı uğurlu layihələrədən biridir: “Bakı Şopinq Festivalında “tax free”nin tətbiqi də cəlbedici oldu. Ancaq daha çox alış-veriş üçün bunlardan başqa da tədbilər həyata keçirmək mümkndür.  Məsələn, xaricdə bir çox otellərdə ölkənin özünün istehsal etdiyi məhsulların satışı təşkil olunan yerlər düzəldirilir. 
İkincisi, turistlərin istifadə edəcəkləri marşrutlar üzərində müəyyən məsafədən bir dayanacaq məntqələri yaradılmalıdır. Həmin məntəqələr 24 saat işləyən marketlərlə təmin edilməlidir. Digər vacib amil süvenir mağazalar şəbəkəsinin yaradılmasıdır. Həmin şəbəkədə Azərbaycanı özündə təmsil edən süvenirlər olmalıdır.  Onlar “Made in Azərbaijan” markası altında  turistlərə satıla bilər. 
Düzdür, alış-veriş deyərkən adətən ilk növbədə geyim, bəzək əşyaları və aksessuarlar yada gəlir. Bu baxımdan Azərbaycan tekstil sənayesi inkişaf etməlidir. Bu sahədə rəqabət güclüdür. O baxımdan da söhbət yalnız tekstildən getmir. Azərbaycanın milli ornamentlərini özündə əks etdirən zinət əşyalarını satmaq olar. Digər təcrübə isə Birləşmiş Ərəb Əmiriyliyinin daha çox faydalandığı təcrübədir. Belə ki, Dubay şopinqlərində satılan məhsulların çoxu idxal məhsullarıdır. Ancaq idxal elə səviyyədə aparıla bilər ki, eyni məhsul burada ucuz olsun.  Yəni, məhz özümüzə məxsus məhsulun satılması vacib deyil. Tələb olan məhsulları daha ucuz qiymətə satmaq mümkündür. O zaman insanlar başqa ölkədən yox, məhz bizdən alış-veriş edəcək. Bu kimi tədbirlərin reallaşdırılması Azərbaycada xarici turistlərin daha çox alış-veriş etməsi üçün bir fürsət yaradacaq”. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, əslində, ilkin addım atıldı:  “Bakı Şopinq Festivalında “tax free”nin tətbiqi ilə müəyyən təcrübə qazanıldı. Bəzi növ vergilərin geri qaytarlması ticarətin canlanmasına və xarici turistlərin burada mal almasına maraq yaradan amildir. Ancaq əsasən yerli məhsullara üstünlük verilməsinə çalışmaq lazımdır. Çünki xaricdə istehsal olunmuş məhsulların Azərbaycanda satılmasından əldə olunan gəlirin böyük bir hissəsi həmin məhsulun maya dəyəri şəklində xarici ölkələrə gedir. Bu baxımdan əsasən yerli məhsulların təşviqinə önəm verilməlidir. 
Yerli məhsulları alan zaman daha çox vergi güzəştlərinin tətbiq olunması praktikasına keçmək lazımdır. Eyni zamanda bu cür şopinq festivallarının davamlı olması və maraqlı tədbirlərlə müşahidə olunması vacibdir. Bununla bağlı xarici təcrübələr var. Şopinq festivalında digər əyləncəli, mədəni  proqramlar da həyata keçirilir. Bu cür tədbirlərin əlaqələndirilməsi daha güclü effekt verə bilər. İl ərzində bu tədbirləri ən azı dörd dəfə keçirmək lazımdır. Necə ki, Türkiyədə hər fəslə uyğun şopinq festivalı keçirilir. Bunlar xarici turistlərin alış-verişini arıtan amillərdir”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz