Əlaqə Arxiv
news Image
2017.06.10
09:00
| A A A
Turizm iqtisadi inkiaşfa yeni mühüm təkan verir
Eldar Aslanov: “Turist axınını şərtləndirən amil ölkədə əlverişli turizm üçün yaradılan mühitdir” Nahid Bağırov : “Azərbaycan artıq dünyada turizm məkanı kimi tanınır”

“Azərbaycanda turizm sənayesi mövsüm açılışına hazırdır. Ölkədə iyunun 15-dən sentyabrın 15-ə kimi yay mövsümunün olması nəzərdə tutulub”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 

Nazir bildirib ki, Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu il ötən ilə nisbətən Azərbaycana xaricdən gələn qonaqların sayı daha da çox olacaq”. Ə.Qarayev qeyd edib ki, bu yay da Azərbaycana ərəb ölkələrindən, Rusiyadan, İrandan gələcək turistlərin sayının çoxalağı gözlənilir. 
Ekspertlərin də proqnozuna əsasən bu il ölkəmizə gələn turstlərin sayında artım gözlənilir. Bunun şərtləndirən səbəblər çoxdur. Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov qeyd edir ki,  turist axınını şərtləndirən amil ölkədə əlverişli turizm üçün yaradılan mühitdir: “İlk növbədə “ASAN Visa”nın tətbiqi viza rejimini asanlaşdırdı. Əvəllər bu sahədə müəyyən qədər problemlər var idi. Ancaq “ASAN Visa”nın yaradılması, bəzi ölkə vətəndaşlarına elə aeroportda viza verilməsi ölkəyə daha çox turistin gəlməsini şərtləndirir. 
Digər amil ölkədəki sabitlikdir. Hazırda dünyada terror təhlükəsi maksimum həddə çatıb. Azərbaycanda isə təhlükəsizlik mühiti hökm sürür. Bütün bunlar da müxtəlif tədbirlər vasitəsi ilə dünyaya bəyan edilir. Xüsusi ilə də ərəb turistlərinin artımı var. Çünki bizdə islamafobiya da yoxdur. Üçüncü vacib şərt, ölkəmizin apardığı marketinq strategiyası, Bakı təbliğat bürosunun fəaliyyətidir. Ən vacibi isə Azərbaycanda keçirilən mötəbət tədbirlərin ölkənin tanıdılması istiqamətində mühüm töhfəsidir. 
Bundan başqa, Azərbaycan xüsusi ilə yay turizmi mövsümi baxımından ənənəvi turist ölkəsidir. Böyük Qafqaz dağları müsəlman ölkələrinin insanlarını cəlb edə bilir. Burdakı hava ərəb yarımadasına nisbətən daha mülayimdir. Bundan başqa, soyuq ölkələrin insanlarını da cəlb edə bilirik. Xüsusi ilə də çimərlik turizmində keyfiyyətin artırılması ilə bağlı irəliləyiş əldə olunub. Bütün bu kimi amillər ölkəmizə turizm mövsümündə daha çox turistin gəlməsinə töhfə verir. Həm təbliğat işi, həm ölkəyə girişinin asanlaşdırılması, həm də xidmətlər Azərbaycanda turizm potensialını ortaya qoymaq üçün şərait yaradıb”. 
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov da turist axınını Azərbaycanın bu istiqamətdə gördüyü işlərin nəticəsi olduğunu bildirdi: “Azərbaycan artıq dünyada turizm məkanı kimi tanınır. Ölkədə keçirilən mötəbər tədbirlər Azərbaycanın turizmi üçün böyük piar rolunu oynaya bildi. Turist həmişə yenilik axarır. Avropa ölkələri terror baxımından təhlükəli ərazidir. Azərbaycan isə ən təhlükəsiz ölkə kimi tanınır. Bu baxımdan dünyada turizm ölkəsi kimi Azərbaycana maraq artıb. Ona görə də ötən illərə nisbətən turist sayında artım var və olacaq. İşimiz də məhz bu istiqamətdə qurmalıyıq ki, artımı qoruya bilək”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz