Əlaqə Arxiv
news Image
2017.07.07
12:34
| A A A
Xidmət haqqına uyğun olmayan xidmət
Eldar Asalanov: “Turizm obyektlərini alınan pulun müqabilində lazımı xidmətlər göstərməyə vadar etmək üçün inzibati müdaxilə ancaq son variant olaraq qəbul oluna bilər” Azərbaycanda bəzi obyektlərdə turistlərdən alınan pulların müqabilində onlara lazımi xidmət göstərilmir. Təbii ki, bu da turizm sektoruna mənfi təsir edə bilər. Bu mənada problemin həlli üçün inzibati müdaxilədən istfiadə oluna bilərmi?

Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun fikrincə, ödənilən pulun müqabilində lazımı xidmət göstərməyən turizm obyektlərinə qarşı inzibati müdaxilə yersizdir: “Dəfələrlə demişəm, turizm obyektlərini alınan pulun müqabilində lazımı xidmətlər göstərməyə vadar etmək üçün inzibati müdaxilə ancaq son variant olaraq qəbul oluna bilər. Mümkün dərəcədə inzibati üsullardan qaçmaq lazımdır. Bazar iqtisadiyyatı şəraitində turizm xidmətləri satan müəssisə həmin xidmətdən faydalananları məmnun etmirsə, onu cəzalandıracaq əsas vasitə turistlərin həmin müəssisəyə bir daha gəlməmələridir. Həmçinin turistlər getdikləri obyektlər haqqında ictimaiyyət və sosial şəbəkələrdə fikirlərini açıqlamaqla onun göstərdiyi xidmət barəsində digərlərinə də informasiya verə bilərlər. Turizm mənasında bu üsul daha qəddar cəza üsuludur. Çünki turistlərin böyük əksəriyyəti bir otelə rezarvasiya etməmişdən əvvəl onun sosial media ünvanlarında yer alan qeydlərlə tanış olurlar. Belədə həmin otelin nə dərəcədə neqativ və yaxud pozitiv olması barədə məlumat alırlar.

Azərbaycanın turizm obyektlərində ödədiyi pul müqabilində lazımı dərəcədə xidmətdən yararlana bilməyən vətəndaşlar da belə davranmalı, öz rəylərini ictimaiyyətlə bölüşməlidirlər ki, turizm müəssisələrinə dərs olsun. Belədə turizm müəssisələrini idarə edən şəxslər bundan qoy nəticə çıxartsınlar. Onlar düşünərək elə bir xidmət göstərsinlər ki, gələn turistlər oradan məmnun ayrılsın. Bu mənada inzibati üsullarla turizm obyektlərini ödənilən xidmətin müqabilində yüksək xidmət göstərməyə vadar etmək heç bir effekt verməyəcək. Bu məsələdə inzibati üsul sonuncu addım olmalıdır”. 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz