Əlaqə Arxiv
news Image
2017.08.15
20:30
| A A A
Qazaxıstandan hər il Azərbaycana 30 min turist gəlir
Azərbaycan Qazaxıstanın turizm şirkətləri üçün strateji əhəmiyyətli istiqamətdir

Bakıda Qazaxıstanın paytaxtı Astananın turizm potensialının təqdimatı və "EXPO-2017" haqqında informasiyalı təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Astana və onun görməli yerləri haqqında videoçarx, eləcə də"EXPO-2017"nin açılış mərasimindən görüntülər nümayiş olunub.
Sonra Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsulu Nurbek Almaşov Astana və "EXPO-2017" haqqında ətraflı məlumat verərək, azərbaycanlı turistləri sərgini ziyarət etməyə çağırıb.
Qazaxıstanın turizm şirkətlərindən birinin nümayəndəsi olan Anastasiya Dirkina çıxışı zamanı Azərbaycanın Qazaxıstanın turizm şirkətləri üçün strateji əhəmiyyətli istiqamət olduğunu bildirib, eləcə də Azərbaycanın "EXPO-2017" sərgisində layiqincə təmsil olunduğunu qeyd edib. O, buna sübut kimi Azərbaycan pavilyonunun ən çox ziyarət edilən 10 məkan arasında olması faktını göstərib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Leyla Verdiyeva Qazaxıstanın Azərbaycan üçün vacib ölkə olduğunu bildirib və hər il Azərbaycana bu ölkədən təqribən 30 min insanın gəldiyini vurğulayıb. O, bu axının ildən-ilə artacağına ümid etdiyini deyib.
Azərbaycanın turizm potensialı haqqında videoçarx təqdim olunduqdan sonra iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüşlər keçirilib.

Sizin Reklam Yeriniz