Əlaqə Arxiv
news Image
2017.11.13
16:26
| A A A
“Baku Shopping Festival”ın turizm sektorunda müsbət təsiri görünür
Turizm üzrə 2016-cı ilin bir illik nəticəsi 2017-ci ilin 10 ayı ərzində tamamlandı

Azərbaycan turizm üzrə  dinamikanı oktyabr ayında da saxlayıb. Mədəniyyət və Turizm nazirliyindən aldığımız   məlumata görə, 2017-ci ilin oktyabr ayı ərzində  ölkəyə gələn  turistlərin sayı 204 min 686 nəfər olub  ki, bu da ötən illə müqayisədə 12,9% artım deməkdir.  Nazirlik 2017-ci ilin 10 ayı ərzində ölkəyə gələn turistlərin də sayını açıqlayıb.  Bildirilib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 2 milyon 276 min 604 nəfər turist gəlib.  Bu, ötən ilin 10 ayı ilə müqayisədə 20,1% artım deməkdir.   

Müqayisə üçün qeyd edək ki, bütövlükdə  2016-cı ildəAzərbaycana 2.242.783 milyon nəfər turist gəlib. 2017-ci ildə isə bu göstərici 10 ay müddətində əldə edilib. Nəzərə alsaq ki,  İlin tamamlanmasına qədər 2 ay qalır, onda ölkəyə  gələcək turistlərin statistikası 2017-ci il üçün yüksək gösrəicilərlə müşaiyət olunacaq.  
Məlumat üçün bildirək ki,  Azərbaycanda   qeyri-neft sektorunun inkişaf etdirilməsi,  iqtisadiyyatın şaxələndirilməsi üçün  qəbul edilən proqramlarda istinad edilən sahələrdən biri də turizmdir. 
İxtisaslaşmış turizmin yaradılması   “iqtisadi inkişaf strategiyası”nda istinad edilən  11 sektordan ( 8 əsas,  3 yardımçı olmaqla) biridir.  2016-cı ildə təsdiq edilmiş  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə   turizm üzrə “2020-ci ilədək  tədbirlər planı”, “2025- ci ilədək  uzunmüddətli baxış”  və  “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin  innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun.Azərbaycan   2025-ci ilədək  dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır. 
Məqsədə çatmaq üçün tətbiq edilən mexanizmlər sırasında  beynəlxalq brend  tədbirlərin Azərbaycanda  keçirilməsi də var.  “Formula-1”, “Bakı – 2015 Birinci Avropa Oyunları”nın,  “İslam Həmrəylik Oyunları”nın  Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən  hədəflərə çatmaqdır.  
2017-ci ildən etibarən isə, Azərbaycanda daha bir beynəlxalq brend tətbiq edilir. Turizmin inişafı yönündə icra edilən proqramlar sırasında “Baku Shopping Festival”   xüsusi əhəmiyyətə malikdir.  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il  1 sentyabr tarixdə imzaladığı  “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq  keçirilən  şopinq festivallar həm turizmin inkişafı  strategiyasına, həm də  ümumilikdə  milli iqtisadiyyatın  diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.    
Mədəniyyət və turizm nəzirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə  2017-ci ilin 10 aprel-10 may aralığında 1-ci “Baku Shopping Festival”keçirilib və nəticələr uğurlu olub. Oktyabrın 15-dən etibarən isə  2-ci şopinq festival keçirilir. Festival noyabrın 15-dək davam edəcək.  
2017-ci ildə, şopinq festivalların  keçirildiyi bir dövrdə  ölkəyə  gələn  turistlərin kəmiyyətiötən illərlə maqayisədə  dəfələrlə artıb.  Yuxarıda da qeyd edildiyi kimi, bütövlükdə  2016-cı ildə  Azərbaycana 2.242.783 milyon nəfər turist gəlibsə, 2017-ci ildə  bu göstərici 10 ay müddətində əldə edilib. 
Rəsmi statistikaya görə,  həyata keçirilən  proqramların, tətbiq edilən mexanizmlərin  nəticəsi olaraq  Azərbaycana  gələn xarici ölkə vətəndaşlarının sayının  orta hesabla  illik  8,5 dəfə  artması təmin edilib.  Həmçinin, turizm sənayesinin ölkə  ÜDM-də payı  4,3  faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədə  ÜDM-yə təsir imkanları  inkişaf etmiş ölkələr səviyyəsinə  çatacaq.
Bütün bunlar düşünməyə əsas verir ki, beynəlxalq brend tədbir və kampaniyaların Azərbaycanda tətbiqi davam etdiriləcək. 

 

 

Sizin Reklam Yeriniz