Əlaqə Arxiv
news Image
2017.11.24
08:00
| A A A
Turizm neftdən çox gəlir gətirəcək
Qarşıdakı illərdə turizmin inkişafında yeni hədəflər yeni uğurlara yol açır

Azərbaycan hökumətinin ölknin turizm potensialının gücləndirilməsi və onun dünyada təbliği üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, 2020-ci ilədək Azərbaycana 4,5 milyon turistin cəlb edilməsi qarşıya məqsəd qoyulub. Bununla bağlı bu sahədə həyata keçirilən layihələrin, tədbirlərin icrası sürətləndirilib. Nəticədə bu il ölkəmizə gələn turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Artımın sürətlə yüksəlməsi qarşıya qoyulmuş məqsədə çatmağın real zəminə söykəndiyini sübut edir. Eyni zamanda istisna olunmur ki, dinamik inkiaşf nətiəcsinəd turizm gəlirləri neft gəlirləriən çatıb, onu ötə də bilər. 

Bu il Azərbaycana səfər edən turistlərin satına görə rusiyalılar birinci yerdədir. İlin ilk 10 ayı ərzində Azərbaycana səfər edən turistlərin siyahısında yenə Rusiya vətəndaşları liderlik edir. Azərbaycana səfər edənlər arasında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə turistləri tutur.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana Rusiyadan 727 577, Gürcüstandan 439 305, İrandan 320 904, Türkiyədən 249 210 nəfər xarici vətəndaş gəlib. Yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) Azərbaycana 81 742 nəfər səyahət edib.
Siyahıda 6-cı yerdə qərarlaşan İraqdan Azərbaycana 54 242, 7-ci yerdə olan Ukraynadan 49 809, 8-ci yerdə olan Səudiyyə Ərəbistanından 31 821, 9-cu yerdə olan Qazaxıstandan 30 minə yaxın, 10-cu yerdə olan Birləşmiş Krallıqdan 25000-ə yaxın turist gəlib. Digər ölkələrdən isə, ümumilikdə 321994 nəfər tətilini Azərbaycanda keçirib. Həmin ölkələrin sırasında Oman, Özbəkistan, Almaniya, Küveyt və s. də var. 
Beynəlxalq Turizm Agentliyinin araşdırmalarına görə, 1 turist 1 həftə ərzində 500-1000 dollar arasında vəsait xərcləyir. Ekspertlər bildirir ki, bu rəqəm müxtəlif ölkələrdəki qiymət fərqinə, yaşam səviyyəsinə və tərzinə görə dəyişir. Məsələn, Avropa ölkələrində xərclər 1000 dollara yaxındır. Azərbaycan tipli ölkələrdə isə təxminən 500 dollar civarındadır. Təbii ki, bu vəsait büdcəyə getmir. Bu, birbaşa sahibkarların, ayrı-ayrı xidmət sahələri ilə məşğul olan şəxslərin qazancına müsbət təsir edir. Turistlərdən qazananlar sırasına kafe, restoran işlədənlər, otel sahibləri, taksi xidməti ilə məşğul olan sürücülər daxildir. 
Hazırda ərəblərin və iranlıların Azərbaycana gəlməsinin iqtisadiyyata pozitiv təsiri müşahidə edilir. Turistlərin sayının artması daha çox orta və xırda sahibkarlara dəstəkdir. Çünki, kiçik çayxana və yeməkxanalarda çay içən, çörək yeyən turistlərin verdiyi hesab birbaşa onların daxılına təsir göstərir. SYX-də göstərilən səviyyəyə çatmaq üçün başlanmış işi eyni sürətlə davam etdirmək vacibdir. Xüsusilə, “Bakı Şopinq Festivalı” tipli tədbirlərin keyfiyyətcə yüksəldilməsi turizm sənayesinin vacib elementlərindəndir. Bu cür festivallar Azərbaycan  mədəniyyət və incəsənəti barədə, iqtisadiyyat sahəsində tətbiq edilən yenilik, bizneslə bağlı görülən işlər və inkişaf haqqında mühüm təbliğat rolu oynamaqla yanaşı ölkənin reytinqini də yüksəldir. Respublikamızda təşkil olunan bütün dünyada məşhur idman yarışlarının təşkili də tirustlərin cəlb edilməsində böyük paya sahibdir. İdman tədbirlərinin intensivliyi artdıqca turistlərin sayında da yüksəliş müşahidə edilir. Nəzərə alsaq ki, hələ bir neçə il Azərbaycanda “Formula1” yarışları keçirilək və 2020-ci ilə Çempionlar liqasının yarımfinal oyunlarından biri Bakıda təşkil olunacaq, onda inamla demək olar ki, qarşıdakı illərdə bizi turizmin inkişafında yeni hədəflər gözləyir.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz