Əlaqə Arxiv
news Image
2018.02.28
17:23
| A A A
Turistlərin sərhədi rahat keçmələri ilə bağlı müşahidələr aparılacaq

Turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır.

Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Azərbaycanın inkişaf edən turizm sənayesi, qurulan müasir infrastruktur, xidmət keyfiyyətinin yaxşılaşdırılması, sistemli təbliğat işləri, ən əsası isə viza sisteminin sadələşdirilməsi ölkəmizə turist axının sürətlənməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da sərhəd keçmə prosesi zamanı yaranan vaxt itkisinin aradan qaldırılması, həmçinin yarana biləcək sıxlığın qarşısının alınması, eyni zamanda sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsinin həyata keçirilməsini əhatə edir.

 

Bundan əlavə, dövlət başçısının 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilən Turizm Şurası haqqında Əsasnamədə turizm sahəsində işlərin gedişatı, o cümlədən sərhəd buraxılış məntəqələrindən turistlərin Azərbaycan Respublikası ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələr aparılmasını təmin etmək, məlumatları toplamaq, təhlil etmək, məmnunluq anketi tərtib etmək və müvafiq informasiyanı müntəzəm olaraq ictimaiyyətə açıqlamaq əksini tapıb.

Buna görə də ölkəmizə gələn turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır, bu kontekstdə müvafiq addımlar atılır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə sərhəd buraxılış məntəqələrində müşahidələr aparır, mövcud vəziyyət təhlil edilir, sərhəd keçmə prosedurlarının sadələşdirilməsi və sürətli keçidin təmin edilməsi istiqamətində müvafiq təkliflər hazırlanaraq Azərbaycan Turizm Şurasına təqdim olunur. Qeyd olunan dövlət orqanlarının nümayəndələri xüsusilə bayram günlərində və yay turizm mövsümündə, yəni ölkəmizə səfər edən xarici turistlərin sayının daha çox olduğu dövrlərdə bu prosesi həyata keçirirlər. Ötən ilin mart və iyun aylarında bu istiqamətdə müşahidələr aparılıb və müvafiq təkliflər Turizm Şurasına təqdim edilib.

Növbəti müşahidə prosesinin cari ilin mart ayında aparılması nəzərdə tutulur.

Sizin Reklam Yeriniz