Əlaqə Arxiv
news Image
2018.05.01
12:46
| A A A
Dünyada turistlərin sayının 40 faizdən çoxu Avropaya düşür

Avropa turistlər üçün ən cəlbedici qitə kimi qalır. Keçən il Avropa İttifaqı ölkələrinə 538 milyon turist səfər edib. Bu, əvvəlki ildəki ilə müqayisədə 8 faiz çoxdur.

Dünya Turizm Təşkilatının (DTT) rəhbəri Zurab Pololikaşvili Aİ ilə tərəfdaşlıq şəraitində hazırlanmış yeni məruzənin dərc edilməsi ilə əlaqədar deyib: “Turizm sahəsində davamlı artım Avropada və bütün dünyada bir sıra ölkələrin iqtisadi dirçəlişinə şərait yaradıb və iş yerlərinin sayının artması ilə nəticələnib”.

Movqe.AzərTac-a istinadən BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, 2016-cı ildə Avropa ölkələri turistlərin hesabına 342 milyard dollar qazanc əldə ediblər. Bu, turizm sahəsində dünya üzrə orta gəlirdən 30 faiz çoxdur. Avropa İttifaqı ölkələrinin sakinləri səyahətlər üçün özlərinin xərclədikləri ilə müqayisədə əcnəbi turistlər hesabına daha çox vəsait əldə ediblər. Belə ki, həmin müddətdə Aİ ölkələrindən olan turistlər xaricdə 315 milyard ABŞ dolları xərcləyiblər.

Hazırda Avropa İttifaqında tamamilə və ya qismən turizm ilə məşğul olan iki milyondan çox şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə 12 milyon insan çalışır. Aİ ölkələri 30 milyondan çox turisti gecələmək üçün yer ilə təmin edə bilir. Avropa İttifaqının üzvü olan bəzi ölkələrdə ÜDM-də turizm sənayesinin payı 11 faizə çatır.

Zurab Pololikaşvili vurğulayıb ki, turizm Avropa İttifaqında iş yerləri yaradılması və davamlı artımın təmin edilməsi strategiyasının mühüm tərkib hissəsidir. O, əmin olduğunu bildirib ki, Avropa İttifaqı ilə Dünya Turizm Təşkilatının sıx tərəfdaşlığı bu sektorun möhkəmlənməsinə şərait yaradacaq.

Sizin Reklam Yeriniz