Əlaqə Arxiv
news Image
2018.07.12
21:00
| A A A
Bu ilin ilk yarısında Gürcüstan turizmdən 1,4 mlrd. dollar gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Gürcüstan xarici turizmdən 1 mlrd. 361 mln. dollar məbləğində gəlir əldə edib.

 
APA-nın yerli bürosu bu barədə Gürcüstanın Milli Bankının hesabatına istinadla xəbər verir.
 
Hesabat dövründə ən çox gəlir 325 mln. dollar olmaqla iyun, ən az gəlir isə 157 mln. dollar olmaqla yanvar ayının payına düşüb.
 
Qeyd edək ki, cari ilin ilk yarım ilində Gürcüstana 3 561 961 əcnəbi ziyarətçi səfər edib. Onların 600 385 nəfərini Azərbaycandan səfər edənlər təşkil edib.

Sizin Reklam Yeriniz