Əlaqə Arxiv
news Image
2018.09.11
14:13
| A A A
Türkiyənin Antalya bölgəsi qəbul etdiyi turistlərin sayına görə liderdir

Türkiyənin Antalya bölgəsi cari il sentyabrın 1-dən 8-nə kimi 539 min 578 xarici turisti qəbul edib.

Movqe.az  xəbər verir ki, ilin 9 ayında Antalyaya gələn xarici turistlərin sayı 9 milyon 666 min 859 nəfəri ötüb. Turizmdə liderlik edən Antalya bu sahədəki yüksəlişlə ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verir.

Qeyd edək ki, Türkiyə cari ildə 40 milyon turistə ev sahibliyi etməyi proqnozlaşdırır.

AZƏRTAC

Sizin Reklam Yeriniz