Əlaqə Arxiv
news Image
2018.12.26
10:56
| A A A
Xəzər üzərindən Azərbaycana daha çox rus turist gələcək
Müzəffər Ağakərimov: “Xəzərdə kruizlərin təşkili turizm sektorunun inkişafına ciddi göstərə bilər” Kifayət Hüseynova: “Xəzər dənizinin sahilləri turistik baxımından geniş potensiala malik bölgələrdir”

Məlumdur ki, Azərbaycana gələn əcnəbi tursitlər sırasında ruslar liderlik edir. Belə bir məqamda yenidən Xəzər dənizində kruiz turizminini inkişaf etdirilməsi gündəmə gəlib. 

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Rusiya və Azərbaycan Transxəzər nəqliyyat xətti yaratmaq, həmçinin kruiz turizmini inkişaf etdirmək niyyətində olduqlarını bildirib. Mütəxəssislərin sözlərinə Xəzərin statusu həll edildikdən sonra dənizdə kruizlərin təşkili imkanları bir qədər də genişlənib. Bunun yaradılması isə rus turistlərin Azərbaycana axını üçün növbəti təkan ola hesab olunur.
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, dənizdə kruizlərin təşkili ölkəyə gəlir gəlməsi baxımından əhəmiyyətli sahədir: “Ümumiyyətlə, Xəzərdə kruizlərin təşkili turizm sektorunun inkişafına ciddi göstərə bilər. Bu, ilk növbədə Rusiyadan ölkəmizə gələn turistlərin sayını artıracaq. Azərbaycan turistləri də dəniz vasitəsi ilə Dərbənd, Həştərxan və digər yerlərə səyahət etmək imkanı qazanacaqlar.  
Nəzərə alaq ki, Rusiyanın  əhalisinin sayı çoxdur. Bu, Azərbaycanda turizmin inkişafına töhfə vermək baxımından bir şansdır. Eyni zamanda digər turizm obyektlərinin inkişafına təkan verəcək. Həmçinin Xəzəryanı dövlətlərin turizm şirkətlərilə müqavilə bağlamaqla həmin ölkələrlə də kruzlər təşkil etmək mümkündür. Nəzərə alaq ki, əvvəllər İranın Ənzəli limanı ilə gəmi əlaqələri olub. Odur ki, prosesə tez başlamaq hər bir Xəzəryanı ölkə üçün yaxşı olar. Kruiz səyahəti isə ölkəmizə daha çox gəlirin gəlməsini təmin edəcək”.
Turizm üzrə ekspert Kifayət Hüseynova bildirdi ki, dənizdə kruizlərin təşkili Azərbaycanın turizm sektoruna böyük uğurlar gətirəcək: “Dənizdə kruiz səyahəti dünyada geniş yayılıb. Xəzər dənizində də kruizlərin təşkili bir neçə ildir ki, gündəmdədir. Odur ki, Rusiya ilə ölkəmiz arasında kruizlərin təşkili yaxşı haldır.
Xəzər dənizinin sahilləri turistik baxımından geniş potensiala malik bölgələrdir. Odur ki, yaxın gələcəkdə bu istiqamətdə reallaşacaq layihənin faydasını görə bilərik”.
Kifayət Hüseynova əlavə etdi ki, Xəzər dənizində kruiz səyahətinin təşkilində köklü ənənə yoxdur: “Bu layihə yeni konsepsiya kimi ortaya qoyulub. Onun gerçəkləşməsi ümumiyyətlə, bütün Xəzəryanı ölkələr üçün faydalı ola bilər. Həmçinin ölkəmizin turizm sektoru yeni layihə hesabına genişlənəcək. Bununla da ölkəmizə gələn turistlərin saya daha da artacaq. Bu da əlavə gəlir deməkdir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz