Əlaqə Arxiv
news Image
2019.01.16
17:38
| A A A
Dövlət Turizm Agentliyi gözlənilən kəskin hava şəraiti ilə bağlı turizm fəaliyyəti məşğul olanlara müraciət edib

Dövlət Turizm Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığını əsas götürərək respublika ərazisində yanvarın 17-18 -i tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət ünvanlayıb.

Bu barədə Movqe.az Agentliyə istinadən xəbər verir. 

"Açıq sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edirik. Həmçinin şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur”, - deyə müraciətdə qeyd edilib. 

Sizin Reklam Yeriniz