Əlaqə Arxiv
news Image
2019.01.30
10:56
| A A A
Turistlər Azərbaycanda nə qədər pul xərcləyib? Rəqəm açıqlandı

Son illər Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən altı faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - iki milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə iki milyard dollara yaxın pul xərcləyiblər.

Movqe.az xəbər verir ki, prezident İlham Əliyev bu açıqlamanı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı verib.

“Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir.

Sizin Reklam Yeriniz