Əlaqə Arxiv
news Image
2019.02.24
18:34
| A A A
Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ən yaxşı üçlükdədir

Azərbaycan MDB ölkələri arasında ekskursiya səyahəti üçün ən yaxşı üçlüyə daxil olub. Ölkə aparılan sorğu nəticəsində 16 faiz səs toplayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "TurStat" analitik agentliyi məlumat yayıb.

Aparılan sorğu və ekskursiya turları bazarının tədqiqi nəticəsində birinci yeri 27 faiz səs çoxluğu ilə Belarus tutub.

İkinci yerdə Qazaxıstan (22%) qərarlaşıb.

İlk beşliyi Özbəkistan (12%) və Ermənistan (9%) qapayıb.

"TurStat"ın məlumatına görə, MDB ölkələrində ildə 3 milyondan çox ekskursiya səyahəti və turu həyata keçirilir. Turların orta hesabla dəyəri 500-1000 dollar təşkil edir.

Sizin Reklam Yeriniz