news Image
2019.03.01
15:58
| A A A
Azərbaycanda Ekoturizm konsepsiyası hazırlanacaq

Azərbaycanda iki ay ərzində ekoturizm konsepsiyası hazırlanacaq.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparıldığını qeyd edib:

"Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert milli parklarımızla tanış olub. O, parklarımızı çox bəyənib. Apreldə isə Çexiyadan ekspert gələcək. O, bizə milli parklarda nişanlama işlərinin aparılmasına yardım edəcək".

Departament direktoru əlavə edib ki, Azərbaycanda ekoloji turizmə maraq artır.

Azərbaycanda ekoloji turizmin inkişafı üçün potensialın olduğunu deyən H.Əlizadə qeyd edib ki, milli parklara giriş 2 manatdır, bəzi xidmətlər isə pulludur.