Əlaqə Arxiv
news Image
2019.05.02
15:51
| A A A
Azərbaycanın bu kəndinə 70 mindən çox turist səfər edib - FOTO

Qusarın dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Ləzə kəndinə son yeddi-səkkiz ildə 70 mindən çox turist səfər edib.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, kənd Azərbaycanda ən çox xarici qonağın gəldiyi turizm məkanıdır.

Şəlalələr diyarı kimi tanınan kənddə 10-dan çox dağ şəlaləsi axır. Dekabr ayının sonlarından mart ayına qədər donan təbiət möcüzələrini hər il yüzlərlə turist izləməyə gəlir.

Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4 242 metr hündürlükdə, Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 170 nəfərə yaxın əhali yaşayır. Cəmi 28 ev var. Əksər kənd sakinləri əkinçilik və maldarlıqla yanaşı, ev turizmi ilə məşğuldur. Kəndə gələn yerli və xarici qonaqlar müəyyən məbləğ ödəyərək kənddə gecələyir, milli mətbəx nümunələrindən də dadırlar.
 

Ləzəyə gəlmək istəyən turistlər üçün kənd sakinləri bələdçilər təklif edir. Dağlıq ərazilərdə çadır quraraq, aktiv istirahət etmək istəyənlər Ləzədə bu arzularını reallaşdıra bilərlər.

Sizin Reklam Yeriniz