news Image
2019.08.29
10:25
| A A A
Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhərdən biri oldu

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında yer alıb.

Movqe.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.

Məlumata görə, İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.

Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.

İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.

Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 082 nəfər təşkil edib.

Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 464 İsrail vətəndaşı səfər edib.