Əlaqə Arxiv
news Image
2020.02.14
17:04
| A A A
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə turistlərin rahatlığı üçün daha bir innovativ addım

Naftalanın kurort şəhəri kimi keçmiş şöhrətini qaytarmasının və yeni məzmunda inkişaf etməsinin əsasını cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul edilən proqramlar və qarşıya qoyulan vəzifələrin icrası təşkil edir.

Bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Hazırda şəhərdə geniş abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi davam etdirilir. Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib.

2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycanda ilk dəfə “Naftalan 24/7” satıcısız pilot-layihə mağazasının təqdimatı keçirilib.

Bu tip proyektlər artıq xaricdə bir neçə ölkədə mövcud olsada ,Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilib. “Naftalan 24/7”- satıcısız pilot-layihə mağazasının açılması həm yerli sakinlərimiz, həmdə də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq. Bu Pilot-layihə “Ədalət-testi” kimi də adlandırıla bilər .

Mağazada müxtəlif məhsullarla bərabər, turistlərin Naftalana daha çox gəldiyini nəzərə alaraq onların daha çox ehtiyac duyduğu mallarda satışa çıxarılıb.

“Naftalan məlhəmi” MMC-nin 20-yədək ilk tələbat malları - diş pastaları, kremləri, yağları,şampunları, sabunları və digər mallar satışa çıxarılıb.

Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.

Sizin Reklam Yeriniz