Əlaqə Arxiv
news Image
2020.06.09
14:25
| A A A
Əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlər
Honq Konq əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhər hesab olunub. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Mercer" konsaltinq şirkətinin reytinqində deyilir. Honq Konq keçən il də bu reytinqə rəhbərlik edib. Əcnəbilər üçün ikinci ən bahalı şəhər adını Aşqabad qazanıb. Bu şəhər ötənilki mövqeyindən 5 pillə yüksəlib. Üçüncü yerdə bir pillə geriləmiş Tokio qərarlaşıb. İlk beşliyi Sürix və Sinqapur tamamlayıb. Bundan başqa, əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlərin ilk onluğunda Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin yer alıb.
Sizin Reklam Yeriniz