Əlaqə Arxiv
news Image
2020.07.28
11:21
| A A A
AVMA muzeylərə toplaşmağa dəvət edir- virtual olaraq
AVMA muzeylərə toplaşmağa dəvət edir- virtual olaraq

 

Bildiyimiz kimi, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi (AVMA İB)Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə müsabiqəsinin qalibi olub. Bu fonda  AVMA  koronavirus pandemiyası şəraitini nəzərə almaqla, "Keçmişdən gələcəyə, toplaşaq muzeylərə” - Region muzeylərinə virtual ekskursiyaların təşkili, muzey mədəniyyətinin inkişafına dəstək layihəsinə start verib.  Layihə üzrə Gədəbəy, Quba, Qəbələ, Şamaxı, İsmayıllı rayonlarında yerləşən muzeylərlərdən 01 iyul - 01 noyabr 2020-ci il müddəti çərçivəsində canlı yayımlar və çəkilişlər təşkil ediləcək, əhali virtual olaraq muzeylərə ekskursiya edə biləcəklər.

Layihənin məqsədi valideynlər, uşaq və gəncləri, ailələri muzeylərimizlə virtual tanış etmək, muzeylərə marağı kütləviləşdirmək, muzey mədəniyyətinin inkişafına dəstək vermək, övladlarımıza tarix və mədəniyyətimizə sahib çıxmağı öyrətmək, ictimaiyyətin diqqətini muzeylərin problemləri və inkişafına yönəltmək, muzeylərimizi sosiallaşdıraraq cəmiyyətdə əhəmiyyətini yüksəltməkdir.

 

Sizin Reklam Yeriniz