Əlaqə Arxiv
news Image
2016.10.21
12:27
| A A A
Türkiyə-Azərbaycan-Litva tibbi turizmində yeni mərhələ

Vehbi Koç Fondunun Sağlıq Qrumlarının dəvəti, Rhazes Global – Beynəlxalq Tibbi Turizm təşkilarının və Qlobal Sağlamlıq İctimai Birliyinin təşkilatçılığı ilə Litvanın Tibbi Diaqnostika və Müalicə Mərkəzinin (Medcentras) direktoru Laimutis Paşkeviçius Türkiyədə rəsmi səfərdə olub.
Rəsmi səfər çərçivəsində cənab Laimutis Paşkeviçius Vehbi Koç Fondunun Amerikan Xəstəxanası və Koç Universiteti xəstəxanasını ziyarət etmiş, xəstəxananın imkanları və həyata keçirilən müalicə prosesi ilə yaxından tanış olub.
Səfər çərçivəsində Vehbi Koç Fondunun Sağlıq Qrumlarının baş həkimi professor Ömür Ərçələnin iştirakı ilə üç tərəfli görüş keçirilib. Türkiyə-Azərbaycan-Litva tibbi türizmi sahəsində bir sıra məsələlər müzakirə olunub.
Qeyd etmək istərdik ki, cənab Laimutis Paşkeviçius Litva Tibbi Turizm Cəmiyyətinin və Litva Tibbi Turizm Şəbəkəsinin (LitCare) idarə heyətinin rəhbəridir.

Sizin Reklam Yeriniz