Əlaqə Arxiv
news Image
2016.11.07
12:55
| A A A
Turizm sahəsində fəaliyyətə başlayanlar üçün müjdə - Güzəştlər gözlənilir

Azərbaycanda turizm sahibkarlığının inkişafına dövlət himayəsinin daha da gücləndirilməsi və stimullaşdırılması nəzərdə tutulur.

Milli Məclisdən  verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə turizm sahəsində ilkin fəaliyyətə başlayan şəxslər üçün qanunla müəyyən edilmiş güzəştlərin tətbiqi təklif edilir.

Layihəyə görə, turizm sahəsində ilkin fəaliyyətə başlayan şəxslərin fəaliyyətinin maliyyələşdirilməsi zamanı, habelə sənədləşmə zamanı sadələşdirilmiş icraat qaydalarının tətbiqi planlaşdırılır.

Layihədə qeyd edilir ki, dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, vergi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsi ilə stimullaşdırır./trend/

 

Sizin Reklam Yeriniz