Əlaqə Arxiv
news Image
2016.12.06
11:08
| A A A
Dünyanın ən çox gəzən turistlərini Azərbaycana gətirmək istəyirlər

Dünyada xarici ölkələrə ən çox səfər edənlər yapon turistləridir. Ona görə də Yaponiyadan da turistlərin ölkəmizə cəlb olunması istiqamətində işlər görülür. Movqe.az xəbər verir ki, bunu milli.az--a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə heyətinin sədri Nahid Bağırov deyib.Onun sözlərinə görə, məhz bu məqsədlə bir ay bundan əvvəl Yaponiyadan üzvlərinin sayı 10 minə çatan və böyük gücə malik turizm assosiasiyasının nümayəndələri Bakıya gəliblər:"Qarşılıqlı olaraq sərgilərdə iştirak edirik. Yaponlar çox səmərəli, faydalı turistlər hesab edilirlər. Çünki onlardan birinin gəlişi digər onunun gəlişinə səbəb olur. Sadəcə aramızdakı məsafə çox böyükdür. Yaponlar isə təkcə Azərbaycana yox, ümumilikdə regiona gəlməyə üstünlük verirlər. Yəni onlar səfərə çıxmışkən Qafqazdakı hər üç ölkəyə gedirlər. Bununla belə, bu istiqamətdə işlər görülür və ümid edirəm ki, yaponları da ölkəmizə cəlb edə biləcəyik. Bunun üçün Azərbaycanın lazımi turizm potensialı var".

Sizin Reklam Yeriniz