Əlaqə Arxiv
news Image
2016.12.17
16:00
| A A A
Azərbaycan şəhərlərində turizm təbliğat büroları yaradılacaq

Azərbaycan şəhərlərində turizm təbliğat büroları təsis ediləcək.

Movqe.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, həm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaq. Milli Turizm Təbliğat Bürosu Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan Respublikasının Turizm Şurası ilə, müvafiq dövlət qurumları və digər təşkilatlarla birgə işləyəcək, mühüm hədəf bazarlarda təşviqat tədbirlərini həyata keçirəcək, eyni zamanda sahibkarlara həm aşağı büdcəli yerləşdirmə vasitələri üzrə seçimlərin çeşidinin genişləndirilməsinə, həm də şəhərin mərkəzində turizm mərkəzlərinin yaradılmasına dəstək verəcək. Bu cür əlaqələndirilmiş və məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək.

Qeyd olunur ki, 2025-ci ilə qədər Azərbaycanda turizm sahəsində prioritetlər arasında tarazlı inkişafın təmin olunması əsas məqsəddir. Tarazlı inkişaf yanaşması həm Bakının potensialının reallaşdırılmasına, həm də regionlar üzrə turizm sektoruna investisiya qoyuluşuna (bununla da şəhər, sağlamlıq, qış və ekoloji turizm kimi sahələrdən başqa, dini, kruiz və çimərlik turizmi də daxil olmaqla müxtəlif turizm növlərinin inkişafına) səbəb olacaq. Bu investisiyalar 2020-ci ilədək bu Strateji Yol Xəritəsində müəyyən edilmiş prioritetlərin həyata keçirilməsini, o cümlədən təsirləri 2025-ci ilədək uzunmüddətli dövrü əhatə edəcək təşəbbüslərin icrasını da ehtiva edəcək. Bu, Azərbaycanda beynəlxalq turizmi genişləndirməyə və ümumi daxili məhsulda turizm gəlirlərinin payını artırmağa şərait yaradacaq. Bu istiqamətdə məqsədlərə nail olmaq üçün prioritet olaraq müəyyən edilmiş regionlarda brendinq və marketinq tədbirlərini həyata keçirmək məqsədilə Milli Turizm Təbliğat Bürosunun nəzdində şəhər büroları təsis ediləcək. Bürolar daha çox yerli və xarici turistlərin cəlb edilməsinə və onların Azərbaycana olan səfərlərinin tezliyinin artırılmasına kömək edəcək.

Bu bürolar turistlər və səyahətlər haqqında məlumat bazasının yaradılmasını və idarə edilməsini də təmin edəcək. 2025-ci ildən sonra bürolar Azərbaycana səfər edən turistlər ilə bağlı ümumi məsələlərin təhlil edilməsinə və brendinq tədbirlərinin məqsədəmüvafiq qaydada təşkilinə kömək edəcək. 2020-ci ilədək müəyyən edilmiş prioritetlərdə nəzərdə tutulmuş qaydada Bakı üzrə həyata keçiriləcək məlumatlara əsaslanan (“data-driven”) marketinq fəaliyyətləri pilot xarakteri daşıyacaq və 2025-ci ilə qədər müddətdə daha da gücləndiriləcək. Ümumi tələb xüsusiyyətlərini və turist seqmentlərini müəyyən etmək məqsədilə Milli Turizm Təbliğatı Bürosu hədəf ölkə qruplarında potensial turistlərlə və Azərbaycana səfər edən digər turistlərlə əlaqədar tədqiqatlar aparacaq. Artan turist maraqlarının təhlili həyata keçirilməklə, 2025-ci ilə qədər qarşıya qoyulan məqsədlərə nail olmaq məqsədilə yeni bazar iştirakçıları və turistlər üçün ən yaxşı turizm məkanlarından birinə çevrilməsi istiqamətində Bakının mövqeyi daha da yaxşılaşdırılacaq.

Sizin Reklam Yeriniz