Əlaqə Arxiv
news Image
2017.01.17
16:28
| A A A
Çexiya turizm sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Çexiya turizmin inkişafı sahəsindəki təcrübəsini bölüşməyə hazırdır.

Movqe.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopust deyib.

O deyib: "Azərbaycanda gözəl hotellər tikilir, burada gözəl təbiət var. Ölkədə böyük imkanlar var, o cümlədən çexiyalı sahibkarlar üçün də imkanlar var".

Masopust həmçinin qeyd edib ki, çex şirkətləri Azərbaycan bazarında artıq bir neçə ildir ki, müvəffəqiyyətlə fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz