Əlaqə Arxiv
news Image
2017.03.06
09:45
| A A A
Ay turizmi başlayır

 

ABŞ-ın özəl kosmik şirkəti "SpaceX" Ay turizmi ilə bağlı planını açıqlayıb.

Movqe.az xəbər verir ki, şirkət 2018-ci ilin sonunda 2 turisti Ay ətrafında 1 həftə ərazində gəzdirəcəyini elan edib.
 
"Biz "SpaceX"ın 2018-ci ilin sonunda iki şəxsi Ay ətrafında uçuşa göndərəcəyini elan etməkdən şadıq. Bu insanlar bütün bəşəriyyətin arzuları və ümidlərini özləri ilə daşıyaraq kosmosa səyahət edəcəklər", - deyə şirkətin rəsmi saytında qeyd olunub.
 
Turistlərin adları onların xahişi ilə açıqlanmayıb. Artıq onlar uçuş üçün tələb olunan ödənişi böyük hissəsini yerinə yetiriblər. Bu şəxslər il ərzində lazımi tibbi testlərdən keçəcək və məşq edəcəklər.
 
Missiya "Dragon2" gəmisi ilə həyata keçiriləcək. Onu "Falcon Heavy" ağır daşıyıcı raketi fəzaya çıxaracaq.  
 
Qeyd edək ki, "SpaceX"ın sahibi İlon Mask daha öncə Marsda məskunlaşma ilə bağlı planlarını elan edib.(lent.az)

 

 

Sizin Reklam Yeriniz