Əlaqə Arxiv
news Image
2017.03.15
09:00
| A A A
Turizm xətti ilə Azərbaycandan valyuta çıxışı azalır
Natiq Cəfərli: “İnsanların bir çoxu xaricə yox, daxili turizmi seçirlər” Müzəffər Ağakərimov: “Azərbaycanda istirahət üçün lazım olan bütün şərait yaradılıb”

Məlumdur ki, hər il mart ayında əhali tərəfindən dollara olan tələbat artırdı. Amma indi fərqli mənzərə müşahidə edilməkdədir. Novruz tətili fonunda belə banklardan dollar alanların sayı çox azalıb. Mütəxəssislər vəziyyəti müxtəlif aspektdən dəyərləndirirlər. Onlardan biri kimi insanların istirahətdə əsasən daxili turizmə üstünlük verməsi göstərilir. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, dollara tələbatın azalmasının birinci səbəbi manatla bağlı olan məsələdir:  “Çünki Mərkəzi Bank həftəlik hərraclarla sərbəst manat kütləsini yığır. O baxımdan dollarlaşma prosesi çoxdan başa çatıb. Əhalinin əlində olan vəsait dollara çevrilib. Dollara olan tələbin azalmasının ilkin səbəbi bununla bağlıdır. Ancaq eyni zamanda xaricə gedən turistlərin sayının azalması da müşahidə olunur. 
Turizm şirkətləri də xarici məkanlara tələbatın aşağı düşdüyünü etiraf edirlər. Bunun isə bir neçə səbəbi var. Birinici, daxili turizmin inkişafı ilə əlaqədar. Daxilə üz tutanların sayında artım var. Hazırda əsasən də regionlarda yüksək səviyyəli otellər fəaliyyət göstərir. Bununla da xaricə getməməklə ən azından yol xərcinə qənaət etmiş olurlar. İkinicisi, xarici marşrutlar istiqamətdə getmək istəyənlər bir çox hallarda viza problemi ilə üzləşirlər. Həmçinin xaricdə turizm qiymətlərinin bahalaşması amili də var. Məsələn, son zamanlar Gücüstanda otellərin qiymətində 20 faiz artım müşahidə edilir. Bütün bu amillər insanların əsasən daxili turizmə meyl etməsinə gətirib çıxarır. Bundan başqa, insanlar artıq qənaət rejimə üstünlük verirlər. O baxımdan insanların bir çoxu xaricə yox, daxili turizmi seçirlər. Ona görə də son məlumatlara görə, artıq əsas turizm məkanlarında yerlər məhdud olur. Bu səbəbdən də yerlər bir neçə həftə əvvəlcədən sifariş olunur”. 
Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimovun sözlərinə görə, dollara tələbin azalması bu dövrdə xaricə üz tutanların sayının azalması ilə bağlıdır: “Bunun da səbəbləri var. Belə ki, Azərabaycanda turizm hər növbəti il daha yaxşı inkişaf edir. Bütün faktlar da onu göstərir ki, əhalinin böyük hissəsi əsasən daxildə istirahət etməyə üstünlük verir. Çünki bu gün Avropa və Şərqdə ictimai siyasi vəziyyət sabit deyil. Baş verən terror hadisələri, siyasi gərginliklər turistləri oradan uzaqlaşdırır. 
Turim ölkəsi olan Türkiyədə də ictimai siyasi vəziyət sabit deyil. Azərbaycanda isə bu istiqamətdə tam sabitlik hökm sürür. Eyni zamanda, ölkəmizdə turizm infrastrukturu yüksək səviyyədədir. Yəni, Azərbaycanda istirahət üçün lazım olan bütün şərait yaradılıb. Artıq yeni turizm regionları formalaşmağa başlayıb. Bununla yanaşı, yeni otellərin inşası prosesi davam etdirilir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz