Əlaqə Arxiv
news Image
2017.03.15
13:57
| A A A
Nazir: “Azərbaycan turizmin inkişafının yeni mərhələsindədir”

“Azərbaycan turizmin inkişafının yeni mərhələsindədir. Son illərdə cənab prezidentin imzaladığı silsilə sərəncamlar göstərir ki, dövlətin prioritet istiqaməti qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi məhz turizmdir”. 
  
Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir turizm sektorunun təbliğ olunmasında medianın mühüm rol oynadığını qeyd edib və bu sahəyə həssas münasibətinə görə kütləvi informasiya nümayəndələrinə təşəkkürünün bildirib. 
 
Ə. Qarayev bildirib ki, Birinci Ticarət Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək: “Ticarət festivalının keçirilməsi haqqında danışanda kimsə düşünməsin ki, dükana gedib, nəyisə güzəştlə alacağıq və bununla məsələ bitəcək. Festival böyük bir mədəni proqramın əhatə olunması ilə zəngin olmalıdır. Ticarət festivalı insanları həm maddi, həm də mənəvi cəhətdən zənginləşdirməlidir”. 

Sizin Reklam Yeriniz