Əlaqə Arxiv
news Image
2017.03.18
09:13
| A A A
Turizm mövsümü Novruzdan başlayır
Novruz gəlir yaz gəlir, turistlər səf-səf gəlir

Son vəziyyət göstərir k, Novruz bayram ıilə bağlı olaraq Azərbaycanda otellərin çoxu xarici turistlər, əsasən də iranlılar tərəfindən bron edilib. Ümumiyyətlə, Azərbaycana bu il daha çox turistin gəlişi gözlənilir. Ümumiyyətlə, bu il körfəz ölkələrindən Azərbaycana gələn qonaqların kütləvi surətdə artması edilən müraciətlərə görə proqnozlaşdırılıb. Bunu nəzərə alan Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə bildirb: “Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib”. 

Əldə etdiyimiz məlumatlara görə, artıq Bakının otellərində boş yer tapmaq çətindir. Novruz bayramında tədbirlərin bolluğu, milli folklor yaradıcılığının nümunələrindən ibarət teatrlaşdırılmış səhnələrin nümayişi, yüksək bayram coşqunluğu, xidmət səviyyəsinin xeyli yüksəlməsi turistlərin ölkəmizə üz tutmasının başlıca səbəblərindəndir. Hökumət də tərizmin sənayesinin uğurlarını artırmaq üçün müvafiq tədbirlər görür. Məsələn, xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müşavirə keçirilib. Müşavirədə Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki: “Yaya qədər təkliflər formalaşacaq. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bizim nazirlik bu işə birbaşa qoşularaq yeni qanunvericilik hazırlayır. Turist anlayışı yalnız hava nəqliyyatı ilə məhdudlaşmır. Bizimlə qonşu ölkələrdən Azərbaycana minlərlə insan gəlir. Onlar da bu çətinliklə qarşılaşırlar”. 
Turistlərin sayının kəskin artması ölkə iqtisadiyyatına müsbət sıçrayış vəd edir. Bu ona görədir ki, turist ödəmə vasitəsi kimi beynəlxalq valyutadan, konkret olaraq dollardan istifadə edir. Bu da ölkəyə gündən-günə möhkəmlənən valyuta axını deməkdir. Bayram günlərində sahibkarlar güclü turist axını ilə yanaşı həm də istehlakın yüksəlməsi hesabına gəlirlərini artıracaqlar. Çünki, ticarətin qaydası belədir ki, məhsula tələbat və onun istehlakı yüksəldikcə, məntiqi olaraq qiymət artır. Demək, bayram günlərində otel və restoran sahibləri, milli məmulatların istehsalı və satışı ilə məşğul olan sahibkarların gəliri xeyli artacaq. Bu öz yerində, çünki turizmin inkişafı tək gəlirin artmasına təsirlə bitmir. Turistlərin çoxalması məşğulluğun artması deməkdir. Ölkənin daha geniş sferada tanınması, beynəlxalq imicinin formalaşması və növbəti turist axınının stimullaşdırılmasına zəmin hazırlanması da bu siyahıya daxildir. Hətta xaricdən gələnlərin çoxalması daxili turizmin də inkişafına müsbət təsir göstərir. İnsan psixologiyası belədir: əgər əcnəbilər mənim vətənimə belə maraq göstərirlərsə, mən niyə maraq göstərməyim?! 
Bakı meydanları onsuz da Novruz şənlikləri zamanı dolu olur. Amma builki qələbəliyin tam ayrı bir ab-hava yaradacağı indidən bəllidir. 
N.NOVRUZ   

 

Sizin Reklam Yeriniz