Əlaqə Arxiv
news Image
2017.04.07
17:11
| A A A
Azərbaycan turizm sektorunda rəqabətqabiliyyətlilik reytinqində 13 pillə irəliləyib

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) turizm sektorunda rəqabətqabiliyyətlilik reytinqində ("The Travel and Tourism Competitiveness Report") 71-ci yerdə qərarlaşıb.Movqe.az  "APA-Economics"-ə istinadən  xəbər verir ki, bundan öncə tərtib olunan reytinqdə Azərbaycan 84-cü pillədə yer alıb. Beləliklə, ölkəmiz 13 pillə irəliləyib.
 
Reytinqin müəllifləri Azərbaycanın bu qədər irəliləməsinin səbəbi kimi xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsini, ətraf mühitin qorunması üzrə atılan addımları və hotellərdə qiymətlərin endirilməsini göstərir.
 
Qeyd edək ki, son illər reytinqin dəyişməz lideri İspaniyadır. Onu Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya, Avstraliya, İtaliya, Kanada və İsveçrə təqib edir.
 
Sözügedən reytinq 2007-ci ildən etibarən iki ildən bir tərtib olunur. Tərtibatçılar turistlərin qəbulu ilə bağlı 14 mövqe üzrə qiymətləndirmə aparırlar. Bura tarixi və mədəni irs, iqtisadiyyatın inkişafı, nəqliyyat, hotelçilik sektoru, kommunikasiya, səhiyyə və s. aid etmək olar.
 
Onu da qeyd edək ki, builki reytinqdə Rusiya 43, Türkiyə 44, Gürcüstan 70, Qazaxıstan 81, Ukrayna 88-ci yerdə qərarlaşıb.

 

Sizin Reklam Yeriniz