news Image
2011.11.23
19:31
| A A A

Gələn il Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi üçün xüsusi tur-paketlərin hazırlanması üzərində iş aparılır. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Bu işin Azərbaycan Turizm Assosiasiyası və ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalarla birgə aparıldığını deyən nazir Azərbaycanın ev sahibliyi edəcəyi bu yarışmanın yüksək səviyyədə baş tutacağına inandığını vurğulayıb.

"Biz bununla bağlı tələsmirik. Hazırda həmin ərəfədə ölkəyə gələcək turistlərin sayı müəyyən olunur. Buna müvafiq olaraq, xüsusi təkliflər paketləri hazırlanacaq. Orada turistin hava limanında qarşılanmasından, yola salınmasına qədər xidmətlər bir paket çərçivəsində təklif olunacaq. O xidmətlərin təşkili üçün həm mehmanxanalar, həm yeməkxanalar, həm nəqliyyat vasitələrinə cavabdeh orqanla danışıqlar aparılır. Bununla yanaşı, təklif olunacaq tur paketlərə şouya olan biletlər də daxil olacaq"- deyə, Ə.Qarayev bildirib. Nazir bildirib ki, "Eurovision-2012" mahnı müsabiqəsi üçün turistlərə təklif olunacaq tur-paketlər hazır olduqdan sonra gələn ildən etibarən bu barədə Azərbaycan Turizm Assosiasiyası tərəfindən internet vasitəsi ilə geniş məlumat veriləcək.

"Tur paketlərin şərtlərinin hansı çərçivədə olacağı isə daha sonra müəyyənləşəcək. Mən bu işdə hələlik böyük problem görmürəm. Bütün mehmanxana və turizm şirkətlərinin böyük maraqla, tədbirin yüksək səviyyədə keçirilməsi üçün var qüvvə ilə çalışmalarını görürəm"- deyə nazir qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs