Əlaqə Arxiv
news Image
2013.02.11
15:48
| A A A
DİN: Əkrəm Əylisli rəsmi şəkildə ərizə ilə müraciət etməlidir
Daxili İşlər Nazirliyindən Hafiz Hacıyevin "Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat" təyin etməsi ilə bağlı bəyanatına münasibət bildirib. Bu barədə Movqe.az-a açıqlama verən DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, bu barədə nazirliyə rəsmi məlumat daxil olmayıb: "Ümmumiyyətlə kiminsə cəmiyyətdə tutduğu mövqeyindən, siyasi, sosial, dini mənsubiyyətindən asılı olmayaraq  hər hansı bir şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. O ki, qaldı H. Hacıyevin Əkrəm əylisli ilə bağlı səsləndidiyi fikrə, bununla bağlı, nazirliyə rəsmi məlumat daxil olmayıb ki, araşdırılsın. Hər bir hədənin real motivi olmalıdır. Əgər  H. Hacıyevin partiyası bu barədə rəsmi bəyanat yaysaydı, bununla bağlı rəsmi şəkildə araşdırma aparılardı. Amma yenədə bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və araşdırmaların nəticəsinə uyğun olaraq qanuna müvafiq formada tədbirlər görüləcək".
O. Mansurzadə Əkrəm Əylislinin təhlükəsizliyi ilə bağlı hüqüq-mühafizə orqanlarını qınamasına da münasibət bildirdi: "Belə halda qanunla Əkrəm Əylisli təhlükəsizliyinə təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına ərizə yazaraq müraciət etməlidir ki, kimlər tərəfindən, hansı şəkildə təhdid edilir".

    
Sizin Reklam Yeriniz