Əlaqə Arxiv
news Image
2013.02.11
16:59
| A A A
ABŞ və Rusiya "soyuq " müharibədə

Movqe.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada əsrin ən qarlı qışı yaşanır. ABŞ-ın şimal-şərq bölgələrində isə qar qasırğası 10 can alıb Ötən həftədən bu yana fövqəladə qar yağışının təsiri altında olan Rusiyanın paytaxtı Moskva ətraf bölgələrində qarın qalınlığı 2 metrə çatıb. Rus meteorologiya rəsmilərinə görə, Moskva son 100 ilin ən şiddətli qışını yaşayır. Moskva bələdiyyəsinin yolları təmizləmək insanların həyatını asanlaşdırmaq üçün gecə-gündüz səfərbər olması heç bir fayda vermir. Şəhər ətraf ərazilərdə minlərlə maşnın tamamilə qar altında qaldığı bildirilib. Çətin qış şərtləri səbəbiylə Moskva çayı da donub. Səlahiyyətlilər, növbəti günlərdə yağışının davam edəcəyini, paytaxtda həyatın tamamilə normala dönməsi üçün iki həftə lazım olduğunu söyləyib. ABŞ-ın şimal-şərq bölgələrini təsiri altına alan şiddətli qar yağışı qasırğa biri uşaq olan 10 can alıb. Kanadanın sərhəd bölgələrində təsirini göstərən ağır qış şərtləri səbəbiylə yollar bağlanıb,  müxtəlif şəhərlərdə 900 mindən çox insan günlərdir işıqsız yaşayır.

Sizin Reklam Yeriniz