news Image
2012.04.25
12:42
| A A A
Rabitəçilər Belarusda

Movqe.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti aprelin 25-dən 28-dək Minskdə (Belarus) keçirilən TİBO-2012 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XIX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.

Tədbirdə dünya ölkələrinin rabitə, telekommunikasiya, proqram təminatı, bank texnologiyaları, ofis texnikası və istehlak elektronikası sahəsində uğurları təqdim olunacaq. Sərgi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaq məqsədi daşıyır.

Azərbaycan nümayəndə heyəti sərgidə ölkənin İKT sahəsində son nailiyyətlərinin nümayiş olunduğu milli stendlə təmsil olunur.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Latviya, Litva, eləcə də beynəlxalq təşkilatların – Regional Rabitə Birliyinin (RRB), Avrasiya İqtisadi Komissiyasının nümayəndə heyətlərinin iştirak etdiyi TİBO-2012-də dünyanın 14 ölkəsinin 200-ə yaxın şirkəti öz məhsullarını nümayiş etdirir.


Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs