Əlaqə Arxiv
news Image
2013.02.14
13:25
| A A A
Vəkil: Gülər Əhmədova özünü məhkəmədə yaxşı saxladı
Səbayel rayon məhkəməsi keçmiş deputat Gülər Əhmədova barəsində 2 ay həbs qətimkan tədbiri seçib. Bu barədə vəkil Eldar Qədimi Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib.
Onun sözlərinə görə, Gülər Əhmədovanın səhhətində narahatlıqlar olsa da məhkəmədə özünü yaxşı aparıb.
"Səhhətində problemlər həmişə var. Nə etməliyik, dözməliyik. Özünü məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi".
Vəkil deyib ki, Gülər Əhmədova məhkəmədə ona qarşı irəli sürülən ittihamlarla özünü günahkar saymadığını bildirib.
"İstintaqın gedişindən sonra biz sözümüzü deyəcəyik. Hələ istintaq getdiyindən bir söz deyə bilmərik. İstintaq hərəkətləri tamamlanmamış bir söz demək düzgün deyil. Hesab edirəm ki, Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilməsi düzgün deyil".
Bununla yanaşı vəkil geniş müsahibə verməkdən imtina edib. Söhbət zamanı dəfələrlə
müsahibə verməyəcəyini bildirib. "Mənə deyiblər ki, müsahibə vermə, mən də müsahibə vermirəm", o qeyd edib.
Sizin Reklam Yeriniz