news Image
2013.02.14
12:51
| A A A
Mətbuat Şurasında internet resurslarla bağlı komissiya yaradılıb

Azərbaycan Mətbuat Şurasının bu gün keçirilən iclasında internet resurslarla bağlı komissiya yaradılıb. Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov komissiyanın yaranma səbəblərini açıqlayıb.

"Mətbuat Şurası yay aylarından bu addımı atmağı nəzərdə tutmuşdu. Çünki artıq portallardan 30-a yaxın müraciət daxil olub və onlar Mətbuat Şurasının üzvü olmaq istəyirlər. Hər il internet mediasından Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır.Əgər 2011-ci ildə şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə 20 şikayət almışıq. Bu həftə ərzində komissiyanın ilk iclası keçirilərək şikayətlər araşdırılacaq".
Ə. Amaşov qeyd edib ki, onlar internet portallarla bağlı şikayətlərə baxanda bəzi suallar yaranırdı.
"Bu suallar həmin internet portallarının nə dərəcədə ciddi olması və digər məsələlərlə bağlı olurdu. Komissiya onlayn mediadan gələn şikayətləri araşdırmaqla yanaşı internet media ilə bağlı məsələlərə baxacaq, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri araşdıracaq".

O qeyd edib ki, bu sahə ilə bağlı komissiyanın fəaliyyətinin ümumi konsepsiyası hazırlana bilər.

Qeyd edək ki, Mətbuat Şurasının nəzdində yaradılan komissiyaya onlayn mediadan Vaqif Şərifov, Elnur Baimov, Vüsalə Mahirqızı, Azər Həsrət, Müşfiq Ələsgərli, həmçinin .az domenin üzvü Faiq Fərmanov daxil olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs