Əlaqə Arxiv
news Image
2013.02.14
16:05
| A A A
Səhiyyə Nazirliyində doğuşayardımla bağlı kollegiya iclası keçirilib
Səhiyyə Nazirliyində Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycanda Doğuşayardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin məlumatına görə, iclasa Bakı və bölgələrdəki doğum evlərinin baş həkimləri, şöbə müdirləri, habelə doğuşayardım xidmətlərini həyata keçirən özəl tibb müəssisələrinin rəhbərləri dəvət olunub.
Doğuşayardım xidmətinin vəziyyətinə dair ilk söz Səhiyyə Nazirliyi Tibbi Yardım Təşkili şöbəsini müdiri Gülmirzə Poladova verildi. Çıxışının əvvəlində G.Poladov son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıldığını vurğuladı. Şöbə müdirinin sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi diri doğulmuşların sayının artmasına, ana və uşaq ölümü göstəricilərinin azalmasına gətirib çıxarıb. Belə ki, 2007-ci ildə 151 mindən artıq uşaq doğulmuşdursa, 2012-ci il ərzində 173 547 diridoğulmuş qeydə alınıb. Körpə ölümü göstəricisi 2007-ci ildə 12,1; 2012-ci ildə-10,8; ana ölümü 2007-ci ildə 34,5; 2012-ci ildə isə bu göstərici 14,9-a bərabər olub. Qeyd olunub ki, son illər ərzində evdə doğuşların sayında azalma da müşahidə olunur. Belə ki, 2007-ci ildə evdə doğuşların sayı ümumi diridoğulmuşların sayına görə 3,5 % təşkil etmişdirsə, 2012-ci ildə il də bu rəqəm 3 dəfə azalıb. G. Poladov bildirib ki, əldə olunan nailiyyətlərlə yanaşı bu sahədə bəzi problemlər də var. Baş vermiş ana və uşaq ölümü hadisələrinin hər biri Səhiyyə Nazirliyinin Döğuşayardım Komissiyası tərəfindən təhlil olmuş və təhlillər zamanı aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.Antenatal xidmətə, ekstragenital və mamalıq patologiyasının vaxtında aşkar edilməsinə, hamilələrin hospitalizasiyası məsələlərinə və digər bir sıra məsələlərə Səhiyyə Nazirliyi tərəfindən diqqət daha da gücləndirilib. G.Poladov bildirib ki, Səhiyyə Nazirliyinin ən prioritet sahələrindən biri olan Doğuşayardım xidmətinin keyfiyyətinin artırılması üçün bir sıra təkliflər hazırlanıb və səhiyyə nazirinə təqdim edilib. Şöbə müdiri onu da qeyd etdi ki, doğum tarixlərində keysəriyyə kəsiyi əməliyyatlarının əsaslandırılmasına baxmayaraq, doğuşların təbii yolla aparılmasının zəruriliyinə diqqət artırılmalıdır. G.Poladov cıxışının sonunda bildirmişdir ki, doğuşayardım xidmətin daha da təkmilləşməsi, arada olan problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi müxtəlif istiqamətlərdə ciddi tədbirlər görür. Hazırda neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində vacib işlər planlaşdırılır. Belə ki, ET Pediatriya, Mamalıq və Ginekologiya İnstitutlarında, Respublika Perinatal Mərkəzində mövcud neoanatoloji-reanimasiya şöbələri genişləndirilərək. Bundan əlavə bu şöbələrin maddi-texniki vəziyyətinin müasir səviyyədə təmini istiqamətində də vacib addımlar atılması gündəmdədir. Eyni zamanda şöbələrin ştat cədvəlində müvafiq dəyişikliklərin aparılması və yüksəkixtisaslı neonatoloji-reanimatoloji kadrlarla təmin olunması, onların təkmilləşmə məqsədilə xaricə kurslara göndərilməsi məsələsinə baxılacaqdır. Şöbə müdirinin çıxışından sonra müzakirələrə başlanılmışdır. Müzakirələrdə çıxış edən ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru F.Əliyeva, M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasını baş həkimi T.İbadov və Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardımın stansiyasını rəisi M.Cəfərov çıxış ediblər. Çıxışçılar bu sahədə görülən işlərlə yanaşı arada olan boşluqları da kollegiya iştirakçılarının diqqətinə çatdırdılar.
Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardımın stansiyasını rəisi M.Cəfərov bildirb ki, 2012-ci il ərzində SNTTTYS konsultativ tibbi heyəti tərəfindən 894 çağırış icra olunub. F.Əliyeva son illər ərzində analara və yeni doğulmuş uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən görülən bir sıra işlərdən danışdı. F.Əliyeva eyni zamanda ET Mamalıq və Genikologiya İnstitutunun mütəxəssisləri tərəfindən bölgələrdə aparılan çoxsaylı monitorinqlər haqında kollegiya iştirakçılarının məlumat verib. Səhiyyə nazirinin müavini A. Vəlibəyov dövlətin səhiyyə sahəsinə ayırdığı xüsusi diqqət və qayğının bariz nümunəsi kimi ana və uşaq ölümü səviyyəsinin 3 dəfə azalmasını vurğulayıb. Daha sonra səhiyyə naziri Oqtay Şirəliyev çıxış edib. Nazir özəl və ya dövlət tibb müəssisəsi anlayışının olmadığını və hər bir tibb müəssisənin Azərbaycan səhiyyəsinin adı ilə bağlı olduğunu söyləyib. O.Şirəliyev xüsusi vurğuladı ki, səhiyyənin bütün sahələri önəmli və vacib məsələdir. Lakin doğuşayardım xidməti Nazirliyin xüsusi diqqət ayırdığı sahədir. Biz hər birimiz Azərbaycan dövlətinin adına layiq çalışmalıyıq. Hər biriniz vicdanla, şərəflə çalışmalıyıq. Biz statistikaya nəzər salsaq görərik ki, ölkəmizdə yaşayış həddi yuxarı qalxdığı kimi, insanların ölüm hallarının səviyyəsi də aşağı enmişdir. Ölkə rəhbərliyi səhiyyəyə diqqət və qayğısı göz qabağındadır. Maddi-texniki baza var və bu imkanlar daha da genişləndirilir" - deyə nazir vurğulayıb.
Sizin Reklam Yeriniz