Əlaqə Arxiv
news Image
2013.02.15
13:49
| A A A
“Azəristiliktəhcizat” Adil Əliyevə cavab verdi
""Azəristiliktəhcizat"ın gördüyü işlər göz qabağındadır. Biz işləyən heç bir qazanxananı söküb yerində yeni qazanxana tikmirik. İri qazanxanaların sökülməsinə gəlincə, onu deyə bilərəm ki, fərdi məhəlli qazanxanaların tikintisi həyata keçirilir ki, hansı ki, o qazanxanalar 10-15 evi istiliklə təmin edə bilir. "Azəristiliktəhcizat" ASC hökümətin  bu qurmun qarşısında qoyduğu işləri həyata keçirir. Adil Əliyev niyə belə deyir bilmirəm".
Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Adil Əliyevin bu qurumun ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq "Azəristiliktəhcizat"ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev söyləyib. Rafiq Əliyevin sözlərinə görə, hazırda köhnə, sovet dövründən qalma iri qazanxanalar sökülmür. Amma həmin qazanxanalar modernləşdirilir. 1960-1970-ci illərdə tikilən qazanxanaların əksəriyyəti aşınmaya məruz qalıb. Müasir tələblərə cavab vermədiyindən dəyişikliklər aparılır. Bu da tikinti norma və qaydalarına uyğun həyata keçirilir".
R. Əliyev millət vəkili Adil Əliyevin problemlərlə bağlı  "Azəristiliktəhcizat"ASC-ə müraciət edibmi sualımıza belə cavab verdi: "A. Əliyev rəsmi müraciət edəndə biz ona cava veririk".
Teleqraf.com-un məlumatına görə, bu gün Adil Əliyev "Azəristiliktəhcizat"ASC-nin ünvanına tənqidi fikirlər səsləndirib. Bildirib ki, "Azəristiliktəchizat" Səhimdar Cəmiyyətinin fəaliyyəti onu narahat edir: "Bu qurumun fəaliyyəti ilə bağlı müəyyən problemlər yaranıb. Mən ötən sessiyada da bu məsələni qaldırdım. Ziyafət müəllim, siz özünüz də dediniz ki, bu məsələyə diqqət edəcəksiniz və lazımı göstərişlər verəcəksiniz. Ancaq bu günə qədər problemlər həll edilməyib. Bu da məni və secicilərimi narahat edir. İndiyə qədər ASC-nin yarımçıq qoyduğu işlər var. Küçələrdə asfalt örtüklərində aparılan işləri yarımçıq qoyub başqa yerlərdə iş aparmaq doğrudurmu? Böyük qazanxanalar sökülür və insanların yaşadığı mənzillərin yanında kiçik qazanxanalar tikilir. Bu qanunla da qadağandır. Mən bir daha xahiş edirəm ki, sizdə bu məsələyə diqqət edin ki, problem aradan qalxsın".



Sizin Reklam Yeriniz