Əlaqə Arxiv
news Image
2013.02.15
16:40
| A A A
Təhsil Nazirliyi TQDK-nın dərsliklərlə bağlı rəyini yenidən yoxlayacaq
"Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1-ci sinif dərsliklərinin monitorinqi ilə bağlı nazirliyə göndərdiyi 179 səhifəlik rəyə Dərsliklərin Qiymətləndirmə Şurasının ekspertlərinin fikirlərindən sonra münasibət bildirəcək". Bu sözləri Mövqe.az-a açıqlamasında nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı söyləyib. Onun sözlərinə görə, hələki monitorinq zamanı üzə çıxarılanları səhf adlandırmaq olmaz: "Bizim ekspertlər də səhv edə bilər, TQDK-nın da ekspertləri səhv edə bilər. Ona görə də, bu rəylə bağlı cavab vermək üçün yenidən araşdırma aparılmalı, ekspertlər buna elmi əsasa dayanan rəy fikir bildirməlidirlər. Yalnız bundan sonra ortaq məxrəcə gəlib dərsliklərdəki səhvlər barədə konkret məlumat vermək olar".
F. Şahbazlı dərsliklərdə tapılan səhvlərin həmin dərsliyin ləğv edilməsinə gətirib çıxartmayacağını bildirdi. Onun sözlərinə görə, dərsliklərdə nöqsanlar yeni dərsliklər çap edildikçə düzəldiləcək.
    

Sizin Reklam Yeriniz