Əlaqə Arxiv
news Image
2013.02.15
17:06
| A A A
Vərəm epidemiyası getdikcə artır

Cənubi Afrikada heç bir dərmanın təsir etmədiyi bir vərəm epidemiyasının ortaya çıxdığı açıqlanıb. Mütəxəssislər, epidemiyanın Avropaya da sıçramasından narahatdır. Movqe.az bildirir ki, Dünya Səhiyyə Təşkilatı, 2011-ci ildə dünya səviyyəsində 8 milyon 700 min nəfərin vərəm səbəbiylə dünyasını dəyişdiyini, bu ölümlərdən 310 mininin səbəbinin "super müqavimətli" bakteriyalar olduğunu bildirmişdi. İndi ABŞ Xəstəlik İdarə Qorunma Mərkəzləri, Cənubi Afrikadakı heç bir dərman ilə müalicə edilə bilməyən vərəm infeksiyalarına diqqət çəkir. Mütəxəssislər Cənubi Afrikada çox sayda HIV-ə yoluxmuş adam olduğunu, bunun immunitet sistemini zəiflətdiyini deyib. Cənubi Afrikadakı hadisələrdə bir çox xəstə əvvəlcə antibiotik müalicəsi ilə müalicə edilməyə çalışılıb. Lakin bir çoxu müalicəni yarımçıq qoyub. Bununla yanaşı xəstələrin bədənində super müqavimətli bir bakteriya ortaya çıxıb. Bu bakteriya isə antibiotiklə müalicə edilə bilmir. Dünya Səhiyyə Təşkilatına Karin Veyer Amerika "US News" jurnalına etdiyi şərhdə, vərəm diaqnozu qoyulan xəstələrin dərhal müalicə edilməsi lazım olduğunu söyləyib. Veyer, dərmanların müalicə bitənə qədər alınmaması halında bədəndə qalan bakteriyaların müqavimətinin artdığına diqqət çəkib.

Sizin Reklam Yeriniz