Diabet məktəbində təlimlərə başlandı
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)
və Azərbaycan Diabet Cəmiyyətinin birgə "Diabet Məktəblərinin
təşkili" layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən Diabet
məktəbində 2013-cü il 18-22 fevral tarixində şəkərli diabet
xəstələri, 25-27 fevral tarixində isə risk qrupuna aid əhali üçün
pulsuz təlimlər keçirilir. Bu məlumat Mövqe.az-a Səhiyyə
Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə,
həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı
iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır,
maarifləndirici materiallar paylanır. Arzu edənlər aşağıdakı ünvana
müraciət edə bilərlər!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)
Əlaqə tel.:
(012) 430-1028
(012) 431-6261
(012) 496-9235