Metropoliten xəttə buraxılan yeni qatarların aqibətindən danışdı - Еksklüziv
Bakı Metropoliteni metroya buraxılan 5 yeni qatarın aqibəti ilə
bağlı Mövqe.az-a açıqlama verib. Metropolitenin baş mühəndisi Fuad
Tağızadə bir müddət əvvəl "Həzi Aslanov" - "Dərnəgül" və "Həzi
Aslanov" - "İçərişəhər" istiqamətlərinə buraxılan yeni qatarlarla
bağlı mətbuatda səslənən fikirlərə də münasibət bildirib: "Sınaqda
hər şey ola bilər. Biz Rusiyanın "Transmaşholding" QSC-nin
"Metrovaqonmaş" zavodundan bu vaqonları alarkən heç bir xərc
çəkməmişik. Yəni bu qatarları onlar bizə sınaq üçün pulsuz veriblər
ki, 6 ay ərzində istismara buraxıb keyfiyyətinə bələd olaq.
Qatarlar da xəttə sınaq məqsədilə buraxıldı. Hələki ciddi problem
yoxdur. Bu qatarlardan Rusiyada da metroda istifadə olunur. Əgər
keyfiyyətsiz olsaydı Rusiyada istifadə edilməzdi. O ki, qaldı bu
qatarların istifadəyə buraxıldıqdan sonra qapısının əyilməsi barədə
xəbərlərə, metroda sərnişinlərin davranışından asılı olaraq hər şey
ola bilər. Qatarların birinin qapısının diyircəyi sınmışdı, onu da
təmir etdilər vəssalam. Bunun keyfiyyətlə heç bir əlaqəsi yoxdur.
Birdəki, biz hələki bu vaqonları almamışıq. Hələ
alınıb-alınmayacağını da bilmirik. Sınaq müddəti bitsin baxarıq.
Əgər bizi qane etməsə təbii ki, qatarlar geri qaytarılacaq. Normal
olsa isə gələcəkdə də bu qatarlardan ala bilərik".
Qeyd edək ki, yeni qatarlar bir çox üstünlükləri ilə seçilir. Sarı, qapıları narıncı rəngdə olan qatarların diqqət cəlb edən hissəsi, qatarın maşinist kabinəsi və sərnişin salonları digərlərindən genişliyi və daha komfortlu olmasıdır. Əvvəlki qatarların maşinist kabinəsində 2 maşinist əyləşirdisə, yeni qatarlarda bir maşinist qatarları idarə edir. Yeni vaqonlarda hər bir sistem kompüterləşdirilib və bu da maşinistlərin işini daha da asanlaşdırır. Yeni vaqonların kabinələrində bir çox üstünlüklər var ki, onu köhnələrindən fərqləndirir. Kabinələrdə tablolar quraşdırılıb və bu tablolarda növbəti stansiya və ayın tarixi yazılır. Yeni vaqonlarda kondisioner, manitorlar, əlillər üçün yerlər var. Qapılar köhnə vaqonlardakı kimi sürücülər tərəfindən yox, avtomatik açılıb-bağlanır.