Əlaqə Arxiv
news Image
2013.02.20
17:35
| A A A
Gülər Əhmədovanın vəkili: "Hərdən bir nağıl danışırlar"
"Gülər Əhmədovanın qaldığı kamerda səs-küy salması, insanları səhərədək yatmağa qoymaması ilə bağlı yayılan məlumatlar nağıldır. Hərdən durub özlərindən bir nağıl danışırlar. Gülər Əhmədova saxladığı kamerda özünü nümunəvi aparır. Səhhətində yaranan problemlə bağlı həkimlər onu nəzarətdə saxlayırlar. Əvvəllər millət vəkili olduğuna görə, özünə hansısa güzəştlərin edilməsini tələb etmir. Onun təcridxananın rəhbərliyi ilə arasında heş bir konflikt yoxdur. Orada hamı necə, Gülər Əhmədova da elədir".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovanın vəkili Eldar Qədimi sabiq millət vəkilinin istintaq təcridxanasında özünü pis aparması ilə bağlı yayılan məlumatlara münasibətində bildirib: "Düzdür Gülər Əhmədovanın səhhətində ciddi problemlər var. Ona görə biz apelyasiya şikayəti vermişdik. Amma appelyasiya şikayəti təmin olunmayıb deyə, yaxudda  Gülər Əhmədovanın xəstəxanaya köçürülməsi üçün dava-dalaş etməsi xəbəri yalandır. Gündə özlərindən bir nağıl uydurub danışırlar".


Sizin Reklam Yeriniz