Əlaqə Arxiv
news Image
2013.02.27
12:12
| A A A
27 fevralda gözlənilən hava şəraiti

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasındaFevralın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında


Fevralın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz