Əlaqə Arxiv
news Image
2013.02.28
11:18
| A A A
Bu ilin iki ayında 6 nümunədən 5-də quduzluq xəstəliyi aşkarlanıb
"Ölkədə ötən illə müqayisədə quduzluğa yoluxma halları azalıb".Bu məlumatı Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, ötən il quduzluğa görə 56 nümunə götürülüb. Bu nümunələrdən 18-də quduzluğa yoluxma halları aşkarlanıb: "2011-ci ildə isə 71 nümunədən 32-də quduzluq xəstəliyi üzə çıxıb. Statistik məlumatların müqayisəli təhlili göstərir ki, quduzluğa yoluxma halları ötən illə müqayisədə azalıb. Bu ilin iki ayı ərzində götürülmüş 6 nümunədən 5-də quduzluq xəstəliyi aşkarlanıb".
Y. Xanvəli bu ilin yanvar ayından başlayaraq 250 min baş itin quduzluğa görə vaksinasiyasına başlanıldığını bildirdi. Onun sözlərinə görə, sahibsiz itlərin və vəhşi heyvanların quduzluğa qarşı peyvənd edilməsi yaxın gələcəkdə öz həllini tapacaq. Y. Xanvəli sahibsiz heyvanların oral yolla (yemləmə üsulu) vaksinasiyasının aparılması ilə bağlı layihənin beynəlxalq ekspertlərdə olduğunu, oral yolla vaksinasiyanın keyfiyyəti, müddəti və sair məsələlər dəqiqləşdikdən sonra vəsait ayrılması üçün hökumətə təqdim ediləcəyini bildirdi.  
 

Sizin Reklam Yeriniz