news Image
2013.02.28
15:14
| A A A
Azərbaycan prezidenti Qəbələ Mədəniyyət Mərkəzinin və məscidin açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.

Movqe. az-ın məlumatına görə, prezident rəmzi açılışı bildirən lenti kəsib.

 

Dövlət başçısına məlumat verilib ki, köhnə mədəniyyət evi sökülərək yerində texniki və estetik tələblərə cavab verən müasir memarlıq üslubunda çoxfunksiyalı monumental mədəniyyət mərkəzi inşa olunub.


Görülən işlərdən razılığını bildirən prezident tapşırıq və tövsiyələrini verib.

 

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Prezident İ. Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılıb.

 

Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi "Konstruktor MMC", binanın podratçısı isə "Gilan inşaat" MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir.

 

Prezidentə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər ibadət edə biləcək. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib.

 

Məscidin həyətində axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub.


 Prezidentə Qurani-Kərim hədiyyə olunub.


 Dövlət başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs