Əlaqə Arxiv
news Image
2013.03.01
10:45
| A A A
Xətai rayonun bir hissəsində bu gün su olmayacaq
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsinin Movqe.az-a verdiyi məlumata görə, Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli  magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. Bununla əlaqədar martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Sizin Reklam Yeriniz