news Image
2012.04.26
10:35
| A A A
Deputat avtomobil qəzasına düşdü

Movqe.az xəbər verir ki, ötən gecə Bakının Yasamal rayonunda Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Nizami Cəfərov qəzaya düşüb.

Yol nəqliyyat hadisəsi Akim Abbasov və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb. Nizami Cəfərov idarə etdiyi dövlət qeydiyyat nişani 90 DH 027 olan "Hyundai" markalı avtomaşınla əvvəlcə "Mitsubishi" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Daha sonra "VAZ 2107" ilə də toqquşan avtomobil işıqforu da aşıraraq yararsız vəziyyətə salıb.

İlkin məlumata görə, qəza zamanı əzilən avtomaşınlarda olan sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzaya düşən "Mitsubishi" markalı avtomaşının sürücüsü iddia edir ki, hadisə zamanı "Hyundai"nin sükanı arxasında olan sürücü hərəkətini işıqforun qırmızı işığında davam etdirib.

Hadisədən sonra milli məclisin deputatı Nizami Cəfərovla polislər arasında mübahisə olduğundan o, Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə aparılıb.

Yasamal rayon DYPŞ-nin qəzalar üzrə inspektoru Rövşən Həsənov ilkin ehtimala görə, "Hyundai" sürügüsünün avtomobili sərxoş vəziyyətdə idarə etdiytini deyib.

Faktla bağlı Yasamal polisi tərəfindən başlanan araşdırmalar isə davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs